"Renault" şirkəti yeni model avtomobili minivan "Espace" üçün loqosunu və şüarını yenilədi. "Renault"un yeni şüarı "Passion for life" (Həyatın enerjisi) adlanır. Şirkət hesab edir ki, daha cəlbedici şüar müştərinin diqqətini daha çox çəkir. Xatırladaq ki, markanın daha öncəki şüarları "Drive the Change" və "Voitures a Vivre" adlanırdı. Yeni loqo isə daha işgüzar bir quruluşa sahibdir. Xatırladaq ki, Fransız markası ilk dəfə bu cür dəyişikliyi 1972-ci ildə "Renault 5" bazara təqdim olunduğu zaman etmişdi.
Köhnə loqo
