Dünyanın ən populyar sosial şəbəkə saytı "Facebook"un 2015-ci ilin ilk rübündə gəliri əvvəlki ilin eyni dövrü ilə müqayisədə 42 faiz artaraq 3,54 milyard dollara yüksəlib. Facebook, 2015-ci maliyyə ilinin ilk rübünə aid maliyyə nəticələrini açıqlayıb.
Facebook 31 Mart 2015-ci ildə bitən ilk rübdə 3,54 milyard dollar gəlir və 512 milyon dollar xalis mənfəət əldə edib. Bazarların gözləntisi isə şirkətin ilk rübdə 3,56 milyard dollar gəlir açıqlayacağı istiqamətində idi.
Şirkətin gəliri, beləliklə, keçən ilin eyni dövrü ilə müqayisədə 42 faiz artıb, xalis mənfəəti isə 20 faiz azalmışdır. Facebook, 2014-cü ilin ilk rübündə 2,50 milyard dollar gəlir və 642 milyon dollar xalis mənfəət açıqlamışdı. "Facebook"un, proqnozlardan yüngül aşağıda qalan gəlirinə güclənən dollar təsir göstərib.Şirkət, açıqlamasında valyuta kursundakı dalğaların mənfi təsirləri nəzərə alınmadıqda, mənfəətinin əvvəlki ilin eyni dövrü ilə müqayisədə 42 faiz əvəzinə 49 faiz artmış olacağını bildirib.Həmçinin, məlumat mərkəzləri və uzunmüddətli layihələrə yönələn xərclərin də şirkətin mənfəətinə mənfi təsir etdiyi bildirilib. "Facebook"un səhmləri məlumatın açıqlanmasından sonra təxminən 2,5 faiz dəyərdən düşüb və səhmi 82,52 dollara geriləyib.