İnternet nəhəngi Google "ABŞ"da "Project Fi" adlı bir GSM xidməti təqdim etməyə başlayacağını açıqlayıb. Google son dövrlər mobil rabitə sektorundakı təsirini artırmağa çalışırdı.



"Google"un rəsmi bloqlarından birində verdiyi açıqlamaya görə GSM xidməti Amerikanın müəyyən bölgələrində çalışacaqdır. Telefon danışığı və qısa mesaj kimi əsas imkanların təmin edəcəyi layihənin Sprint və T-mobile ilə əməkdaşlıq çərçivəsində təqdim olunacağı bildirilib.



İstifadəçilər əsas xidmətlər üçün 20 dollar, ABŞ və ölkə xaricində 1 gigabyte internet üçün isə 10 dollar ödəməli olacaqlar. Texnologiyanın simsiz GSM operatorları və ya Wi-Fi üzərindən təmin olunacağı qeyd edilib. Googleun bu xidmətinə dəvət üsulu ilə keçilə bilinəcək. Müştərilər Googleun internet saytı üzərindən dəvət müraciətini edə biləcəklər. Bəyanatda "Project Fi aparıcı operatorlar və avadanlıq istehsalçıları ilə yaxından əməkdaşlıq etməyimizi təmin edəcək" deyilir.