"Absolut Vodka" brendi "Andy Warhol Foundation", teatr studiyası "Punchdrunk" və "Somethin’ Else" şirkəti ilə əməkdaşlığı nəticəsində Silverpoint oyun tətbiqi yaratdı. layihə "Absolut Andy Warhol"un məhdud sayda hazırlanmış şüşə qabları və şirkətin rəssam ilə 28 illik əməkdaşlığı şərəfinə təqdim olunub. Oyunu artıq iTunesdən yükləmək mümkündür. Onu oynamaq üçün ulduzları yığmaq və sirri açmq lazımdır. Oyunun real həyat ilə inteqrasiyası üçün "iBeacon" texnologiyası istifadə olunub.