Norveçin ən böyük bankı olan "Zagrebacka" 2014-cü ildə 100 illik yubileyi şərəfinə şirkətin nəticələrini açıqlayıb. Ötən il yayda bank müştərilərinə öz xatirələrini 100 il müddətində "Yaddaş seyfində" saxlamağı təklif etmişdi.
"Bruketa & Zinic" tərəfindən hazırlanan layihədə müştərilərə onlar üçün əziz olan xatirələrini məsələn fotoşəkil halında Zagrebin mərkəzi meydanında yerləşən bankın xüsusi seyfində saxlamaları təklif olundu.
Müştərilər şəxsi əşyaların 100 ildən sonra təhvil alacağı haqqında sənəd imzaladı. Bundan əlavə insanların əziz xatirələrini bölüşə biləcəyi bir sayt da yaradıldı. Layihənin məqsədi müştərilərdə banka inam yaratmaq idi. Nəticədə isə 22 % bank müştərisi olmayan şəxs banka müraciət etdi, 39 % müştəri isə bank ilə əməkdaşlığını genişləndirmək istədi.