Finlandiyanın "Nokia" şirkəti, "Alcatel"i satın almaq barədə razılşma əldə etdiyini açıqlayıb. Telekommunikasiya infrastrukturu avadanlığı istehsalçısı Nokia, Fransız rəqibi "Alcatel-Lucent"ı səhm mübadiləsi üsulu ilə satın almaq üçün razılaşma əldə edib.
Razılaşmaya görə, Nokia, Fransa və "ABŞ"da Alcatel-Lucent şirkətinin səhmləri üçün müraciət edəcək və hər Alcatel-Lucent səhmi üçün 0,55 yeni Nokia səhmi verəcək. Satınalmadan sonra yaranacaq şirkətdə Alcatel investorlarının 33.5 faiz, Nokia investorlarının 66.5% payı olacaq.
"Alcatel"ə təxminən 15.6 milyard avro bazar dəyəri verən müqavilənin, şirkətlərin verdiyi açıqlamaya görə, gələn ilin ilk yarısında bağlanması gözlənilir. Satınalmadan sonra sektorun lideri İsveçli Eriksson şirkətilə daha güclü rəqabət apara biləcək bir şirkət yaranacaq. "Bernstein Research"un hesabatına görə, yeni şirkətin qlobal simsiz rabitə sektorunda 35 faiz payı olacaq. Sektorda "Ericsson"un 40 faiz, çinli "Huawei"nin 20 faiz payı var.