İdman geyimləri və idman ayaqqabıları istehsalçısı "Nike" şirkəti "Better For It" adlı iri miqyaslı yeni reklam kampaniyası təqdim etdi. Reklam kampaniyasının əsas məqsədi isə çətinliklərə baxmayaraq qadınlara idmanla məşğul olmaq üçün stimul verməkdir. Yeni kampaniyanın reklam çarxını isə "Wieden + Kennedy" agentliyi hazırlayıb. Bundan əlavə Nike reklam kampaniyası çərçivəsində qadınlara öz idman təcrübələrini digərləri ilə bölüşməyi təklif edir. Reklam kampaniyası sosial şəbəkələrdə #BetterForIt həştəqi ilə davam etdirilir.