Apple şirkətinin istehsal etdiyi ağıllı saatı "Apple Watch"u bir gün ərzində bir milyon insan sifariş edib. Sifariş edilən məhsul daha çox ən ucuz qiymətə olan ağıllı saatdır. Alıcılar cihazı Apple mağazasından, şirkətin online mağazasından və mobil tətbiqdən sifariş edib. 62% alıcı "Apple Watch"un ən ucuz variantını sifariş edib. Belə ki, onun qiymət dəyəri 350 ABŞ dolları təşkil edir. Ağıllı saatların satışı Aprel ayının 24-də başlayacaq. "Apple Watch" üç versiyada təqdim olunacaq: idman modeli "Watch Sport", adi model "Watch" və premium sinif üçün "Watch Edition".