Beynəlxalq avtomobil və taksi sifarişi xidməti "Uber" Torontoda sərxoş halda avtomobil idarə edilməməsinə diqqət çəkmək üçün yeni kampaniya başlatdı. Şəhərdə qanda spirtin səviyyəsini müəyyən edən xüsusi cihazlar quraşdırıldı. Özündə şübhə hissi daşıyan hər bir sürücü cihaza yaxınlaşaraq orada olan boruya pulsuz üfürə bilər. Testi keçib – keçməməsindən asılı olmayaraq testdə iştirak edən hər kəs pulsuz evə getmək imkanı qazanır. Cihaz "Stacklab" dizayn studiyası tərəfindən hazırlanıb.