Reggi musiqi janrı ulduzu "Dubayın Dadı" kulinariya festivalı çərçivəsində "British Airways"in VIP zalında çıxış edib. Reggipop musiqi çartlarının lideri UB40 qrupunun üzvü Ali Kempbell dünyanın ən böyük musiqi zallarında milyonlarla dinləyici qarşısında çıxış edib.



Hazırda 56 yaşlı britaniyalı ulduz qrupun digər üzvləri olan Astro və Mikkiilə birgə planetin müxtəlif nöqtələrində konsert vermək üçün səyahətə çıxıb. İstedadlı trio bu yaxınlarda "British Airways"in VIP zalında baş tutmuş "Dubayın dadı" kulinariya festivalında "Red Red Wine", "Kingston Town" və digərhit mahnılarının akustik ifası ilə qonaqların qarşısında çıxış ediblər.



"BƏƏ"də olarkən qrup üzvləri "British Airways"in eksklüziv video sual-cavab müsahibəsində "Sizi ruhlandıran musiqiçilər", "Sevdiyiniz yeməklər", "X Factor" yoxsa "The Voice" kimi müxtəlif mövzulu sualları cavablandırıb. Qrup üzvləri ilə müsahibənin tam versiyasını izləmək üçün linkdən istifadə edin: http://youtu.be/SxRplUKW4M4. Bundan əlavə, qrupun solisti və musiqi müəllifi olan Ali Kempbellən sevimli 10 konsert zalı haqda "British Airways" şirkətinə danışıb.



Birmingem milli qapalı arenası, İngiltərə: Birmingemdən olduğumuz üçün buradakı milli qapalı arena hər zaman qəlbimizdə özəl bir yer tutacaq. Aprelin 17-də burada növbəti dəfə səhnəyəçıxacayıq vəəminəm ki, bu dəfə də möhtəşəm konsert baş tutacaq.



Armadillo, Havay adaları, ABŞ: Bura yəqin ki, mənim ən sevdiyim məkandır. "TheArmadillo" adı ilə tanınan konsert zalı ecazkar Maui adasında yerləşir.



Brikston Akademiyası, London, İngiltərə: Hər zaman möhtəşəm olan və hazırda O2 Brikston Akademiyası kimi tanınan konsert arenasının maili döşəməyə malik olması auditoriyadan səhnəyəmöhtəşəm görüntü açır. Keçmiş UB40 ilə birgə həm ilk, həm də müvəqqəti bağlandıqdan sonra baş tutmuş zalın yenidən açılışında iştirak etmişik.



Qrik teatrı, Los Anceles, ABŞ: Bu məkanı həqiqətən sevirəm – Qrik teatrında bir neçə dəfə çıxış etmişik. Bu möhtəşəm açıq hava konsert zalı hər tərəfdən "Griffit" parkının hündür ağacları iləəhatələnib. Sanki meşədə ifa edirsən.



Bəşəriyyətin beşiyi, Yohannesburq, CAR: 2007-ci ildə keçirilmiş “LiveEarth” layihəsində, CAR-da Dünya İrsinin nümunəsi sayılan Bəşəriyyətin beşiyində çıxış etmək bizim üçün qürurverici idi. Bu ərazi dünyada ən çox qədim insan qalıqlarının tapılması ilə fərqlənir. “LiveEarth” layihəsi dünya əhalisinin diqqətini qlobal istiləşməyə yönəltmək məqsədi ilə planetin müxtəlif yerlərində tanınmış musiqiçilərin iştirakı ilə keçirilən 24 saatlıq konsert marafonudur. Layihə çərçivəsində Madonna, RedHotChiliPeppers vəFooFighters kimi məşhur musiqiçilər dünyanın müxtəlif səhnələrində çıxış ediblər. 2 milyarda yaxın insan konserti televiziya vasitəsilə izləyib.



Sartori-Seyl, Köln, Almaniya: Bizim hər zaman Almaniyada, o cümlədən Rockpalast üçün Sartori-Seyldə keçirdiyimiz konsertlərdə çoxlu sayda dinləyicimiz olub. 1981-ci ildə keçirilmiş konsert bizim üçün xüsusi əhəmiyyət kəsb edir. Çıxışımızı bitirdikdən sonra da dəfələrlə auditoriya tərəfindən təkrar olaraq səhnəyə çağırılırdıq.



RedRocks, Kolorado, ABŞ: Unikal səhnələrdən danışarkən qeyd etmək lazımdır ki, RedRocks siyahının yuxarı pillələrində yer alır. Bu Koloradonun qırmızı qayalarında təbii şəkildə formalaşmış amfiteatrdı. İnanılmaz olsa da, səhnə dəniz səviyyəsindən 1800 metr, bəlkə də daha hündür yüksəklikdə yerləşir. Bu səbəbdən də çoxlu miqdarda su içmək tələb olunur.



Radio-City musiqi zalı, Nyu-York, ABŞ: Necə də gözəl məkandır! ManhettendəRokfeller mərkəzində yerləşən zalın möhtəşəm tavanı var. Zal Amerikanın simvolik musiqi obyektlərində biridir.



Ahoy Rotterdam, Hollandiya: 2003-cü ildə “Homegrownin Holland” DVD-niAhoyda lentə alarkən heyrətamiz atmosfer var idi. Bu elə bir özəl gecə idi ki, sonda bütün baş verənlərin lentəalınmasından məmnunluq duyursan.



Qlazqo Apollon, Şotlandiya: Burada baş tutmuş konsertimiz müəyyən fərqliliyi ilə yadda qalmışdır. Çılğınlığı ilə tanınan dinləyicilərə görə təşkilatçılar səhnə ilə kütlə arasındakı məsafəni artırmışdılar. Buna baxmayaraq, konsert yüksək əhval-ruhiyyədə keçdi. Təəssüf ki, zal artıq mövcud deyil, ancaq bu heç də Qlazqo kimi gözəl şəhəri ziyarət etmək üçün olan səbəbləri azaltmır. Şəhərin olduqca zəngin musiqi tarixi mövcuddur. Bunun nəticəsi olaraq hər zaman canlı musiqi tədbirlərinin keçirildiyi Qlazqo "UNESCO Musiqi Şəhəri" adına layiq görülüb.



Tədbirlə bağlı videomaterialı linkdən istifadə edərək izləyə bilərsiniz: http://youtu.be/MUmi7rjdAFo



"British Airways" haqqında:



• “British Airways” 9-u İngiltərə, 84 Avropa və 86 dünyanın digər istiqamətlərinə olmaqla 179 istiqamətdə uçuşlar həyata keçirir
• Aviaşirkət hər il dünyada təxminən 40 milyon sərnişin daşıyan dünyanın ən böyük beynəlxalq hava yolları şirkətlərindən biridir
• Aviaşirkət uzun məsafəli uçuşların əksəriyyətində dörd kabin seçimi xidmətini təklif edir
• Aviaşirkət yeni təyyarə, yeni kabin, yeni texnologiya və yeni marşrutlara investisiya yatırır
• “British Airways” vətəni London “Heathrow”da Terminal 5-dən həyata keçirilən əksər uçuşları idarə edir. Bu terminal 50 futbol meydançası böyüklüyündədir və ildə 30 milyon müştəriyə xidmət etməyə qadirdir
• “British Airways” hava və yerdə həyatı daha da rahat etmək üçün yeni təyyarə, asan kabin, zərif salonlarda təxminən 5 milyon funt sterlinq investisiya yatırır
• “British Airways”in ev terminalı, 5-ci terminal üç il ardıcıl olaraq dünyanın ən yaxşı terminal kimi “Skytrax” mükafatına layiq görülüb