Məşhur Hollywood aktrisası Nicole Kidman "Abu Dhabi"nin milli hava yolu şirkəti "Etihad Airways"ın siması oldu. Reklam çarxının çəkilişləri yeni Airbus A380 təyyarəsinin bortunda, Abu-Dabi, Marsel və Praqa şəhərlərində həyata keçirilib.
Sözügedən reklam kampaniyası "M & C Saatchi Australia" tərəfindən hazırlanıb. Nicole Kidmanın rol aldığı reklam filmləri, çap, digital, sosial media və açıq hava raklamarıyla da dəstəklənəcək.