"Intel"in "Inside Films" silsiləli filmləri artıq 2011-ci ildən şirkətin "Toshiba" ilə birləşməsindən bəri tamaşaçılara məlumdur. 2012-ci ildə "The Beauty Inside" 2013-cü ildə isə "The Power Inside" adlı reklam çarxları təqdim olundu.



Tezliklə "Dell" və "Intel" bazara "Intel RealSense" texnologiyalı yeni "Dell Venue 8 7000 Series" adlı tabletini təqdim edəcək. Bu münasibətlə şirkət "What Lives Inside" adlı yeni reklam çarxını da təqdim edəcək.



Reklam çarxı Pereira & O’Dell tərəfindən hazırlanıb. Sözügedən reklam çarxının rejissoru iki dəfə Oscar mükafatı sahibi Robert Strombergdir. Rollarda isə məşhur aktyorlar Colin Hanks, JK Simmons və Catherine O'Hara çəkilib.