"Air France" və "BETC Paris" məşhur mahnıda olan "sevgi" sözünü "Fransa" sözü ilə əvəz edib "France Is in the Air" adlı yeni reklam çarxı təqdim etdi. Belə ki, şirkət bu üsulla öz köklərini vurğulamaq istəyir.



Təyyarəni xatırladan böyük bir quraşdırmanın içərisində əlvan paltarlar geyinmiş insanlar yelləncəkdə yellənir və sevinirlər ki. "Fransa havadadır". Onların hər biri ölkənin bu və ya digər mədəniyyət anlayışını nümayiş etdirir. Reklam çarxını Clement Duro və Pierre Dyupaker çəkib.