"KFC" Seattledə ən yaxşı qəhvə (Seattle’s Best Coffee) təqdimatı münasibətilə biskvitdən və istiyə davamlı şokaladdan hazırlanmış yeməli qəhvə fincanları təqdim etdi. "KFC"nin yeni məhsulu "Scoff-ee Cup" adlanır.
Yeni məhsul Robin Collective şirkətinin alimləri tərəfindən hazırlanıb. Qəhvə fincanları biskvit təbəqəsindən hazırlanıb. Şəkər kağızı və fincanın içərisində çox yavaş-yavaş əriyən istiyə davamlı ağ şokalad ilə əhatə olunub.
Yeməli fincanlar hindqozu kremi və ya təzə bitki kimi müxtəlif ətirlərlə tamamlanır. Sözügedən yeməli fincanlar məhdud sayda satışa təqdim olunacaq. KFCnin fikrincə bu cür fincanlar daha çox qəhvəni şirniyyat ilə içməyi sevənlərin xoşuna gələcək.
