Elektrikli avtomobilləri ilə də sektorda aparıcı brend olan avtomobil nəhəngi "Nissan" gün işığındakı ultrabənövşəyi şüaları udaraq gecə parlayan kuzov boyası istifadə edən ilk avtomobil markası oldu.
Sinfinin aparıcı və ən çox satılan modeli "Nissan LEAF"də daha bir yenilik tətbiq edilib. Avtomobil sektorunda ilk dəfə qaranlıqda parlayan kuzov boyasını istifadə edən Nissan, Hamish Scot tərəfindən kəşf edilmiş STARPATH adı verilən boyanı istifadə etməyə başlayıb.
Sprey şəklində püskürdülərək tətbiq olunan boya, gün işığının vəziyyətinə görə yığdığı enerji sayəsində qaranlıqda 8 ilə 10 saat arasında parladayır. "Nissan LEAF"də istifadə edilən və enerjisini ultrabənövşəyi şüalardan alan boya üzvi tərkiblidir və gizli saxlanılan resepti Nissana məxsusdur. Boyanın sirri təbiətdə çox nadir tapılan stronsium alüminat kristalındadır. Bəzi markalar, qeyri-üzvi tərkibə malik, qaranlıqda parlayan boyaları indiyə qədər müxtəlif modellərdə və zamanlarda istifadə etmiş olsalar da, Nissan bu texnologiyanı (üzvi tərkibli) birbaşa tətbiq edən ilk avtomobil istehsalçısı adını daşıyır. "Nissan"ın bənzərsiz boyası 25 il solmur.
