Çində qadağan olan Amerika mərkəzli "Twitter" sosial şəbəkəsi yeni açdığı Hong Kong ofisi vasitəsilə Çin hökumətiylə arasını düzəltməyi sınayacaq. Twitter, Hong Kongdakı ofisiylə "Greater China" olaraq tanınan və ümumiyyətlə Hong Kong, Macau və Tayvan da daxil olan bölgədəki əlaqələrini qaydasına salmaq istəyir. Twitterin Asiya Sakit okean bölgəsinin idarəçisi Shailesh Rao, dünyaya açılmaq istəyən Çinli təşəbbüslə əlaqə qurmaq istədiklərini və əhəmiyyətli bir satış qrupu yaradacaqlarını bildirib.



Asiyadakı böyüməsini davam etdirmək üçün reklamverənlərlə əlaqə quracaq idarəçi mövqeləri də açan Twitterin verdiyi iş elanları xüsusilə əyləncə sektoru ilə ünsiyyətə keçmək istədiyini göstərir. Twitter, bu yolla həm daha çox istifadəçiyə çatmağı həm də hökumətlə hər hansı bir problem yaşamamağı bacara bilər. Amma əlbəttə ki, əvvəlcə Twitter üzərindəki maneənin götürülməsi lazımdır.