"ABŞ"ın texnologiya şirkəti Apple, 2014-cü ilin son rübündə ağıllı telefon (smartfon) satışlarında Cənubi Koreyalı rəqibi "Samsung"u geridə qoyub. Araşdırma şirkəti "Gartner"ın rəqəmlərinə görə, Apple bu şəkildə 2011-ci ildən bu yana ilk dəfə rüblük bazada satışlarda "Samsung"u geridə qoymuşdur.



Apple 2014-cü ilin son rübündə dünya üzrə 74,83 milyon ağıllı telefon satdığı halda, "Samsung" eyni dövrdə 73,03 milyon telefon satıb. "Apple"ın önə keçməsinə son telefonu "iPhone 6" və "iPhone 6 Plus"a olan maraq təsir göstərib. "Apple"ın yeni telefonlarının satışından 18 milyard dollar qazandığı qeyd olunub. "S&P"nin analitiki Hovard Silverblatta görə, bu xalqa açıq bir şirkətin bir rübdə əldə etdiyi ən yüksək gəlirdir.