"Apple"ın yeni reklam çarxı artıq təqdim olundu. Bu reklam çarxı təbii olaraq milyonlarla insanın satışa çıxmasını gözlədiyi "Apple Watch" üçün oldu. Hər nə qədər 10 min dollarlıq versiyası bir az bahalı olsa da və batareyası 18 saatda bitsə də "Apple Watch" texnologiya dünyasına bir şeylər qatacaq kimi görünür. Xüsusən də glances özəlliyi və Apple Pay ilə satış sahəsində diqqət çəkən cihazın reklamı da əvvəlki Apple reklamları kimi olduqca sadə və təmizdir.