2014-cü ildə "Facebook" sosial şəbəkəsi tərəfindən satın alınan "WhatsApp" yeni versiyasını yayımlayıb. Yeni versiya ilə mobil mesajlaşma proqramına zəng xüsusiyyəti də əlavə edilib.



İlk fazada Android sistemi ilə çalışan ağıllı cihazlarda istifadə olunan yeni xüsusiyyət, istifadəçilərə "Skype" və "Viber" tərzi bir xidmət təqdim edir. "WhatsApp"ın yeni xüsusiyyətini ağıllı telefonlarında istifadə etmək istəyən istifadəçilərin etməsi lazım olan prosedur olduqca sadədir.



Mobil cihazları ilə "WhatsApp"ın rəsmi internet səhifəsində girən istifadəçilər burada download düyməsinə klikliyərək yeni versiyanı cihazlarına yükləyirlər. Yeni xüsusiyyətin iOS və Blackberry kimi platformalara nə zaman gələcəyi haqda isə bu an üçün rəsmi bir açıqlama verilməyib. İnternet üzərindən ödənişsiz olaraq həyata keçiriləcək olan zəng xüsusiyyətinin çox yaxında bütün dünyaya təqdim edilməsi gözlənilir.