"Apple"ın maraqla gözlənən ağıllı saatı "Apple Watch" şirkətin San-Fransiskodakı ofisində keçirilən tədbirdə təqdim edilib. "Apple"ın icraçı direktoru Tim Cookun keçirdiyi təqdimatda, saat ilə bərabər yeni "Macbook"lar da təqdim edilib.



"Apple Watch"un 349 dollardan 10.000 dollara qədər çıxan 3 fərqli modeli "ABŞ"da 10 Apreldən etibarən internet üzərindən sifariş edilə bilinəcək. "Apple Watch" modelləri 24 Apreldən isə mağazalardan alına bilinəcək.



Watch Sport, Watch və Watch Edition olmaq üzrə üç model olaraq bazara təqdim olunacaq saatların ekran ölçüləri 38-42 mm-dir. Apple Watch Sport 349 dollardan, Apple Watch 549 dollardan başlayan qiymətlər ilə satılacaq. Ən lüks model olaraq hazırlanan Watch Edition isə 10.000 dollardan satışa təqdim olunacaq. Watch Sport alüminium, Watch polad, Watch Edition modeli isə qızıl korpusa malidir. Ən bahalı "Watch Edition" 17 min dollara satılacaqdır. Apple Watch ilk fazada Kanada, Avstraliya, ABŞ və İngiltərə daxil olmaqla doqquz ölkədə satışa çıxacaqdır. Ağıllı saatın Azərbaycanda isə nə vaxt bazara çıxacağı hələ məlum deyil. Ağıllı saatın yeni proqramlar ilə qaraj qapısını açma, otel otağını kilidləmə və avtomobil çağırma kimi xüsusiyyətlərinin də olacağı qeyd edilib.