Yaradıcı çap reklamları reklamın hər qoluna ilham verən dizaynlarıyla hədəf kütləyə təsir etmək üçün ən əlverişli vasitədir. Reklamçılığın doğuşundan bu yana reklamçılar hədəf kütlənin diqqətini çəkmək və marketinq hədəflərini reallaşdırmaq üçün yaradıcı strategiyalar və taktikalarla təsirli reklamlar təqdim etməyə davam edir.
Yaradıcı çap reklam kampaniyaları, hədəf kütləyə marka mesajını çatdırmaq üçün ən yaxşı üsullardan biri olduğu kimi eyni zamanda dizaynlarıyla da ənənəvi reklam mövzusunda ilham verir. Yaradıcı fikirləri göstərən 10 yaradıcı çap reklam kampaniyası nümunəsini Sizin üçün təqdim edirik.
Fanta: Tastable
Fantanın "Tastable" kampaniyası dadına baxmaq mümkün olan ilk reklam kampaniyası oldu. Reklamın bir parçasını qoparıb yeyərək portağal dadını almaq və Fanta almadan içkinin dadına baxmaq mümkün oldu. Reklam kampaniyası "OgilvyOne Dubai" tərəfindən hazırlanıb.

Volswagen: Car Key
Reklam agentliyi "Below" tərəfindən hazırlanan kampaniya, "Volkswagen Amora" avtomobilinin təqdimatını hədəfləyirdi. Volkswagen açarı üzərində edilən dizaynlarla insanlar yaradıcı bir şəkildə macəraya dəvət edildi.

McDonalds: Whole Potato
Lider fast food zəncirlərindən "McDonald's" üçün "TBWA Shangai" tərəfindən hazırlanan kampaniya, markanın son təklifini hədəf kütləyə yeni və yaradıcı bir reklam ilə çatdırmaq məqsədiylə hazırlanmışdır.

Wacom: Creativity Has No Boundaries
"Wacom" yeni tabletlerini təqdim etmək üçün hazırladığı reklam kampaniyasında "yaradıcılığın sərhədi yoxdur" şüarını istifadə etdi. Wacomun direktoru və illüstratörü Maria Molina tərəfindən hazırlanan reklam kampaniyası minimal dizaynı, parlaq rəngləri və sadə qrafikləri ilə mesajı hədəf kütləyə çatdırılmasını təmin etdi.

The Guardian: The Whole Picture
İngilis qəzeti "The Guardian" üçün "BBH London" tərəfindən hazırlanan kampaniya ağıllıca hazırlanmış, təmiz, sadə bir çevrə dizaynı ilə mesajı hədəf kütləyə çatdırdı. The Guardianın marka rəngləri və loqosu dizaynda yer aldı və "Şəkilin bütünü" sözü kampaniyanın mövzusunu meydana gətirdi.
