Azərbaycanda "Harvard Business School"un "Harvard Managementor" programı əsasında yaradılmış "4M Academy" fəaliyyətə başladı. Fəaliyyət istiqaməti İnkişaf və Karyera bələdçiliyi olan mərkəz, 2+1 aylıq programla gənclərin karyera quruculuğunu öz üzərinə götürür.



Özündən əvvəlki təlim və programlardan fərqli olaraq, 2+1 ay müddətində təkcə öyrətməklə qalmır, eyni zamanda işin icraat hissəsini də təmin edir, gənclərlə birgə addımlayır, qarşılarına çıxan və çıxacaq maneələrdə bələdçi olur.



"4M Academy" professional karyera həvəsində olan gənclərə lazımi bilik və bacarığın təmini ilə bərabər, dünya görüşünün artırılması, gələcəyə yol xəritəsinin hazırlanması, kiçik və uzunmüddətli planların hazırlanması məsələlərini də öz öhdəsinə götürür. "4M Academy"dən məzun olan gənc bu gününü, sabahını, gələcəyini, kim olacağını, nə edəcəyini, nə vaxt, harda və necə edəcəyini bilən, artıq hərəkətə başlamış, motivasiyası və gələcəyini özü şəkilləndirə bilən, komplekslərindən arınmış, ünsiyyətcil, lider və iş həyatına tam hazır şəkildə yetişdirilmiş şəxsdir.



4M Academy 3 aylıq müddətdə, rüblük, aylıq, həftəlik, günlük, saatlıq tapşırıqları özündə birləşdirən, müraciət edən şəxslərin ilkin tələbləri ödəməli olduğu, qatılan şəxslərin gün ərzində 4 saatını ayırmalı olduğu və alternativi olmayan mərkəzdir. Program çərçivəsində iştirakçılar həm gündəlik, həm də həftəlik izləməyə, sınaqlara tabe tutulacaqlar. "4M Academy"nin məzunları program bitirmə dərəcələrinə uyğun olaraq, təkcə diplom yox, eyni zamanda Harvard Managementor-un programı əsasında keçirildiyinə dair şəhadətnamə də əldə edəcəklər.



"4M Academy"ə qəbul şərtləri, curriculum və digər detallar üçün aşağıdakı linki izləyə bilərsiniz: http://bit.do/4MAcademy


Qeyd: 4M Academy "Harvard Business School"un "Harvard Managementor" programı əsasında tərtib olunmuşdur.


Daha ətraflı: Ünvan: Cəfər Cabbarlı küçəsi 44, Caspian Plaza III, 4-cü mərtəbə. 0552384005, 0553053205