"Oreo" Çin bazarı üçün hazırladığı yeni reklam çarxında Çinin Yeni il dövrünə uyğun bir mövzu ilə qarşımıza çıxdı. Reklam çarxı "Wonderfilled" adlanır.



Sözügedən reklam çarxında, bir uşağın "Oreosu"nu paylaşdığı şəxsin necə "God of Fortune"a çevrildiyi və qatardakı sərnişinlərə xəyalgücünün bütün imkanlarını gətirdiyi təqdim olunur. Reklam çarxı "FCB Shanghai" imzası daşıyır.