"IB Club" və Azərbaycan Dövlət İqtisad Universiteti Azərbaycanda ikincisi keçiriləcək "Kəpənək Effekti" layihəsinin təşkilatçılarıdır. Layihə 21 Fevral tarixində "ADİU"nun 4-cü tədris binasının akt zalında, 260 nəfərlik auditoriyada keçiriləcək.
Kəpənək Effekti Peşəkarlar tərəfindən Biznes, Karyera, Xaricdə təhsil və eləcə də digər mövzularda bir gün ərzində keçirilən master-klasslar toplusudur. İkincisi keçiriləcək layihənin mövzusu "İqtisadi Karyera"dır.
Bu məqsədlə, "İkinci kəpənək Effekti"ndə mütəxəssislər gənclərə
- Maliyyə
- Menecment
- Marketing
- İstehsal
- İnsan resurslarının idarə edilməsi
ixtisaslarında peşəkar olmaq, ixtisaslaşmaq üçün atmalı olduqları addımlar, öyrənməli olduğu 5 vacib nüansı təqdim edəcəklər. Hər biri 45 dəqiqə davam edən çıxışlar sahənin peşəkarları, mütəxəssisləri tərəfindən ediləcək. İştirak ödənişsiz olsa da, layihədə yalnız IB Club üzvləri və ADİU tələbələri iştirak edə bilərlər. Bunun üçün, aşağıda qeyd olunan linkə daxil olaraq istək formunu doldurmaq lazımdır. Layihədə yalnız 260 nəfər gənc iştirak edə biləcək və seçim istək formuna əsasən aparılır:
1. http://bit.do/KepenekEffekti
2. https://docs.google.com/forms/d/122nSG7yTQp7m06YKOc5lOtXVWQAU9TA11sy9-XqpsTQ/viewform
İstək formlarının göndərilməsi üçün son tarix 18 Fevral 18:00-dır. Layihənin baş Sponsoru "LIB Dil dərsləri"dir. Layihənin rəsmi informasiya agentliyi Facemark.az, oley.az, ustadtv.az, "Deyirman.com"dur.
