"Netant" şirkəti "Mail.ru Group"un yeni reklam partnyoru oldu. Bu partyorluğun əsas məqsədi Azərbaycan reklam bazarında "Mail.ru Group"a daxil olan saytlarda daha əlverişli reklam imkanları təqdim etməkdən ibarətdir.



Xatırladaq ki, Azərbaycanda 1500 000-dən artıq unikal istifadəçisi olan "Mail.ru Group"a MDB ölkələri arasında ən böyük poçt portalı kimi tanınan Mail.ru, o cümlədən odnoklassniki.ru və vkontakte.ru kimi sosial şəbəkə saytları daxildir.



Qeyd edək ki, “Mail.ru Group”a daxil olan saytlarda yaş, cins vəAzəraycana targetinq imkanları tam pulsuz təklif olunur. Həmçinin, bir reklam bannerinin ziyarətçiyə limitli sayda göstərilməsi imkanı reklamverənə bonus kimi təqdim olunacaq. Təbi iki, bununla Azərbaycan internet-reklam bazarında effektivlik daha da artacaq. Netant şirkəti öz fəaliyyətini 2012-ci ildən başlayıb və hazırda Azərbaycan internet reklam bazarında ziyarətçi sayı ən çоx olan şirkətdir.