Fevralın 19-da “Four Seasons” hotelində “William Grant & Sons Ltd.” şirkəti “Monkey Shoulder” şotland viskirendinin təqdimatını keçirəcək və bununla da sözügedən içkinin Azərbaycanda rəsmi satışına start verəcək.
Yeni brendin təqdimatını Bakıya xüsusi dəvət olunmuş “Monkey Shoulder” və “Tullamore D.E.W.” viskilərinin və “Hendrick’s” şotland cinin (gin) MDB ölkələrində brend səfiri Aleksandr Kuznetsov keçirəcək.
O, tədbir iştirakçılarına şotland viski və cinin zəngin tarixindən və bu içkilərin hazırlanma üsullarından məlumat verəcək. “Monkey Shoulder” viskisinin dünya bazarında kifayət qədər məhşurluğuna baxmayaraq, Azərbaycanda bu brend indiyədək rəsmi təqdim olunmayıb. Bundan başqa, Bakıya səfər içərçivəsində, Monkey Shoulder brendinin təqdimatından öncə, A. Kuznetsov barmen və restoran biznesinin nümayəndələri üçün beynəlxalq master-klass keçirəcək.
Aleksandr “Monkey Shoulder” və “Tullamore D.E.W.” viskilərinin, həmçinin “Hendrick’s”cinin hazırlanma prosesi, onların növ müxtəlifliyi, dad qammasından danışacaq, eyni zamanda barmen və restoran biznesinin nümayəndələrinə bacarıqların təkmilləşdirilməsinə dair bir neçə məsləhət verəcək. Dünya miksologiyasının ustadları ilə birgə iş təcrübəsinə malik olan Aleksandr eyni zamanda peşəkar barmendir, və o, tədbir iştirakçılarına qastronomik etüdlar, viski və cindən müxtəlif kokteyllərin hazırlanması üsullarını nümayiş etdirəcək.
Qeyd edək ki,“Monkey Shoulder” – Speysad regionunun üç ən yaxşı zavodunun (“Glenfiddich”, “Balvenie” və “Kininvie”) mayalarından istehsal olan viskidir. Üçqat maya viskiyə zəngin dad keyfiyyəti verir və bu içki ilə nəinki yeməklərdən sonra həzz almaq, həmçinin ləziz kokteyllər hazırlamaq mümkündür. İngilis dilindən tərcümədə “Monkey Shoulder” viskisi “meymun çiyni” deməkdir.
Viskinin bu cür müəmmalı adı ondan irəli gəlir ki, əvvəllər cücərmə zamanı mayanı əl ilə çevirən viski istehsalı müəssisələrinin işçiləri çiyin oynağı xəstəliyinə düçar olurdu. İçkinin adı da məhz adıçəkilən xəstəlikdən götürülüb. Lakin müasir dövrdə iş metodları dəyişib və artıq əllə heç kim işləmir. Bu gün sözügedən viski 27 çəlləkli kiçik partiyalarla hazırlanır və unikal dizayna malik olan butulkalara süzülür. Şüşə qabın üzərində əks olunmuş 3 bürünc meymun viskinin hazırlanması zamanı 3 maya komponentini simvolizə edir.
“William Grant & Sons” haqqında:
“William Grant & SonsLtd” — şotland viskisi və digər tünd alkoqollu içkilər istehsal edən müstəqil şotland ailə müəssisəsidir. Azərbaycanda istehsalçı növbəti brendlərlə təmsil olunur: “Glenfiddich”, “TheBalvenie”, “Tullamore D.E.W.”, “Grant's”. Azərbaycanda brendin rəsmi distributoru “Qafqaz Industry” şirkətidir. Əlavə məlumatı www.williamgrant.com internet səhifəsində əldə etmək olar.