“L'Oreal Paris”in yeni siması məşhur aktrisa Helen Mirren, marka üçün yer aldığı ilk reklam filmində iştirak edib. “McCann London” tərəfindən hazırlanan reklam çarxı 69 yaşındakı aktrisanın avtobus dayanacağında oturması üçün oturacaq təklif edildiyində bir az kədərlənməsi ilə başlayır.



Daha sonra aktrisa “L'Oreal”ın “Age Perfect” kreminin cavanlaşdırıcı təsirindən bəhs edir və finalı qara bir paltar, dəri pencək və qırmızı dodaq boyası ilə tamamlayır. Brendin "Çünki mən buna dəyərəm" sloganı isə Mirren ilə bir şəkildə dəyişikliyə uğrayır və "Buna dəyərikmi? Hər zamankindən daha çox" halını alır.