İnternetdə vaxt keçirməyin bir yerdən sonra narahat edici olmağa başladığı mövzusundan yola çıxan Coca-Cola, “Super Bowl” üçün hazırladığı kampaniyada bu gedişatı dəyişdirməyi hədəfləyir.
Kampaniya daxilində, hər biri “Wieden + Kennedy Portland” tərəfindən hazırlanan üç video çarx yayımlandı. Videoların hamısında, ASCII sənətiylə hazırlanan "İnternet bir daha əsla əvvəlki kimi olmaya bilər" cümləsi yer alır.
60 saniyəlik son reklam isə Fevralın 1-də “Super Bowl”un başlamasıyla birlikdə yayımlanacaq. Sosial mediada və internet daxilində yer alan nifrət sözlərinə, mənfi şərhlərə diqqət çəkən hər bir video çarx #MakeItHappy həştəqi ilə sonlanır.