“The Sun” qəzetinin xəbərinə görə, Sylvester Stallone ilk "Rocky" filminin məşhur səhnəsini bir reklam filmi üçün təkrar çəkir. Philadelphia İncəsənət Muzeyinin nərdivanlarını dırmandığı səhnədə Stallone, bu dəfə hər iki əlində çörək tutmuş olacaq.



Məkan isə Lancashire qəsəbəsi olaraq dəyişəcək. Yaradıcı işini “WCRS”ın gördüyü “Warburtons” üçün hazırlanan kampaniyanın bu il ərzində təqdim olunması gözlənilir.