Fransanın qələm istehsalçısı “Bic” yeni çap kampaniyasında bütün yaradıcı fikirlərin sadə qaralamalardan ortaya çıxdığını göstərir. Reklam kampaniyası Sao Paulodakı “Miami Ad School / ESPM” imzası daşıyır.



Reklam kampaniyasında "Mc Donald’s", "Chanel", "Playboy""Olimpiada halqaları" kimi dünyaca məşhur logoların diyircəkli qələmlə çəkilmiş təsvirləri təqdim olunub. Olduqca sadə amma təsirli bir fikirdən yola çıxılan kampaniyada "Başlanğıcda hər şey bir qaralamadan ibarət idi" şüarı istifadə olunub.