İngilis illüstrator Sarah Horne, “Ikea” kataloqu üzərinə təsadüfi şəkillər çəkərkən, bu şəkillərin onu “Ikea”da işə qədər aparacağından xəbərsiz idi. Bacarıqlı illüstrator, Ikea kataloqunu fantastik şəkillər çəkmək üçün istifadə etdi.



Əfsanəvi obrazların İsveçli markanın minimalist mebelləri arasında yer aldıqları bu şəkilləri, Ikea da gördü və illüstratoru Wembley mağazasında, şirkətin ilk qonaq uşaq illüstratörü olaraq işə götürdü.



Şirkətin məqsədi, bu şəkilləri istifadə edərək ailəylə birlikdə yeyilən axşam yeməyi saatlarının əhəmiyyətini gücləndirməkdir. Horne kataloq üzərinə çəkdiyi şəkillərin uşaqlıqdan qalma bir vərdiş olduğunu bildirib: "Uşaqkən hər zaman bir şeylər çəkərdim və ən sevdiyim hekayə kitaplarımdakı varlıqların yer aldığı, heç bitməyən saysız-hesabsız fantastik axşam yeməkləri xəyal edərdim. Məsələn bir əjdaha ilə axşam yeməyi yemək və ya böyük ayaqla nahar etmənin necə ola biləcəyini düşünürdüm. Artıq böyüdüm amma zehnim, Ikea kataloqunu bir kətan olaraq istifadə edərək hər zaman bir parçası olmaq istədiyim fantastik yemək masalarını arzulayaraq üsyan etməyə davam edir".



“Ikea”a mövzuyla əlaqədar bu şərhi verib: "Gündəlik həyatın nə qədər çətin olduğunu bilirik. Buna görə birlikdə axşam yeməyi yemənin gözəlliyini yenidən göstərəcək bir qonaq illüstratörü işə aldıq. “Ikea”da biz hər bir zaman yeyilən yeməyin xüsusi olduğuna inanırıq. Bu istər yoldaşınızla həftə ortasında bir yemək olsun, istər uşaqlarınızla səhər yeməyi, istər bir Cümə gecəsi pizza zamanı ... bunların hamısı birlikdə keyfiyyətli zaman keçirməklə əlaqəlidir".