Yeni marketinq kampaniyası "Be More Human" ilə Reebok, bütün dünyaya çağırış edərək hər kəsi gerçək potensialını ortaya çıxarmağa dəvət edir. Kampaniya "Be More Human" adlanır.
Kampaniya qlobal bir fitness markası olaraq “Reebok”un, fitness qavrayışını və insanların “fitness”ə baxıştərzini dəyişdirmək olan missiyasını yerinə yetirir. Bu missiya markanın simvolu “Reebok Delta”nın təmsil etdiyi, "fitnessi bir yaşam tərzinə gətirərək qazanılacaq fiziki, zehni və sosyal dəyişimi" də əhatə edir.
Bundan əlavə Reebok yeni marka şüarını dünya səviyyəsində bir kampaniya və reklam filmi ilə təqdim edir. “Venables Bell & Partners” agentliyi başçılığında, rejissorluğunu AG Rojasın etdiyiy reklam filmində çox çətin fitness məşqlərinin insanları necə dəyişdirdiyi və necə daha yaxşı bir lider, valideyn və çox yönlü fərdlər halına çevirdiyi izah edilir.
