Taylandlı sığorta şirkəti “Thai Life Insurance” çox təsirli yeni reklam çarxını təqdim etdi. Şirkət daha öncəki reklamlarında da gerçək hadisələrə əsaslanaraq və insanları hüzünləndirən məzmunları ilə diqqət çəkən reklamlar təqdim etmişdi.



“Ogilvy, Thailand” imzası daşıyan yeni reklamda həyatın içərisindən olan təsirli bir hekayəyə yer verilir. Məktəbdə müəllimin soruşduğu "Necə bir super qəhrəman olmaq istəyərsiniz?" sualına "Garbage Man” (Çöp Adam) olaraq cavab verən uşağın gerçək hekayəsi isə çəkdiyi şəkillə ortaya çıxır.



Keçirdiyi yol qəzası sonrası küçələri təmizləmək məcburiyyətində qalan anasına yardım edən Pornchai, Garbage Man olaraq vəzifəsini anasını təhlükələrdən qorumaq və onu sağ-salamat evə aparmaq olaraq təyin edir. Cəsarəti və uşaq ürəyi ilə müəllimini təsirləndirən Pornchai tapşırığından 10 alaraq həyatdan da tam bir qiymət alır. 5 Yanvarda “YouTube”da yayımlanan video, qısa müddətdə 1 milyondan çox insan tərəfindən izlənilib.