Çin mərkəzli elektron ticarət nəhəngi Alibaba, ilk filmini çəkməyə hazırlaşır. Ancaq təbii ki, bu film “Alibaba”nın hekayəsi deyil. Alibaba film istehsal şirkətiylə ilk dəfə bir kino filmi çəkəcək.



"Alibaba"nın, yalnız B2B e-ticarət saytı deyil eyni zamanda müxtəlif sahələrdə də investisiyaları olan bir şirkət olduğu hər kəsə məlumdur. Şirkət “ChinaVision Media Group”un böyük hissəsinə sahib olmasının ardından şirkətin adını “Alibaba Pictures Group” olaraq dəyişdirmişdi.



“Alibaba Pictures Group” olaraq ilk filmini çəkəcək şirkətin, Alibaba ailəsinin ekosistemindən də faydalanacağı məlumdur. "Bai Du Ren" (The Ferryman) adını daşıyacaq filminin rejissoru isə Hong-Konglu məşhur rejissor Kar Wai Wong və Tony Leung olacaq.