“LG” şirkəti, Las Vegasda “CES 2015” ərəfəsində öz mətbuat konfransını keçirib və orada Snapdragon 810 çipseti əsasında ilk smartfon təqdim edib. O, əyri ekran ilə xarakterizə olunan“G Flex 2”olub.
Cihaz özünü bərpa edə bilən arxa qapağı və əsas kameranın yanında olan naviqasiya düymələri ilə xüsusi dizayna malikdir. Bu dəfə smartfon daha kiçik alınıb, ekran daha hamar əyilib.
Eləcə də, ekran xüsusi bir maddə ilə əhatə olunub. Bu xüsusi maddə qoruyucu xüsusiyyətləri 20% artırır. Rəng palitrasıda dəyişib. “LG G Flex 2” Gümüş Platinum və Qırmızı Flaminqo rənglərində mövcuddur. Qiymət və satış barəsində hələ məlumat yoxdur.



