1 Yanvar 2015-ci il tarixindən etibarən “AtaBank” ASC öz müştərilərini Dubaydakı 20-ci alış-veriş festivalına dəvət edir! Kampaniya çərçivəsində “AtaBank”ın Visa kartlarının sahibləri restoran, mehmanxana və ya geyim mağazalarında bir çox xüsusi təklif və endirimlərdən istifadə etmək imkanına malik olacaqlar.
Aksiya 1 Fevral 2015-ci il tarixinədək qüvvədədir.
Visa Explore sayəsində internetdə bir şey axtarmaq üçün onlarla səhifə yükləməyə ehtiyac yoxdur – bütün əlverişli təklif və endirimlər artıq əlinizin altındadır. Qeyd edək ki, 2004-cü ildən “AtaBank” VISA International Beynalxalq ödəniş sistemi assosiasiyasının üzvüdür. 1993-cü ildən fəaliyyət göstərən "AtaBank" ASC Azərbaycanın ən böyük kommersiya strukturlarından biridir.
Bu gün "AtaBank" ASC yüksək texnologiyalı universal bank olmaqdadır. Bank korporativ və fərdi müştərilərə tam xidmətlər spektrini təqdim edir.
.jpg)