Ayaqqabı markası Hush Puppies, Kolumbiya bazarı üçün hazırlanan yeni reklam çarxında sevimli bir iti GPS olaraq istifadə edərək, müştərilərin mağazaya gəlməsini təmin edir.



Mass, Bogota imzası daşıyan reklam çarxında, Hush Puppies markasını vurğulayan bir itin onu gəzintiyə çıxaracaq insanları gözlədiyi göstərilir. GPS yazılı lövhənin yanındakı iti görənlər maraqla onun yanına yaxınlaşır/



İnsanlar əvvəlcə onu sevir, sonra isə lövhədə yazılan şərhə uyğun olaraq onu gəzintiyə çıxarır. Ancaq sevimli it onları “Hush Puppies”in mağazasına aparıb hədiyyə ayaqqabılar qazanmaqlarını təmin edir.