“Microsoft” bu il tablet seqmentində öz biznesini bir az inkişaf etdirdi və olduqca müvəffəqiyyətli bir model “Surface Pro 3”ü təqdim etdi. Bu cihaz şirkətin “tablet” satışından olan gəlirləri bir milyarda çatdırmağı bacardı və bu rəqəmi keçməyə kömək etdi.


 


Şəbəkələrdə, ABŞ korporasiyasının “Surface Pro 4” üzərində işləydiyi və bu devaysı yaxın gələcəkdə təqdim edə biləcəyi barədə məlumat ortaya çıxıb. Eləcə də, növbəti tabletin bəzi detalları məlum olub. 


 


Belə ki, tablet 14 nanometrlik texprosessor ilə hazırlanmış enerji səmərəli Intel Core M çipset ilə təchiz ediləcək. Bundan əlavə, cihaz yeni Windows 10 və daha demokratik qiymət alacaq. Ətraflı məlumatı isə Yanvarın sonunda “Windows 10”a həsr olunmuş böyük tədbir zamanı məlum olacaq.