Yalnız bir neçə il fəaliyyət göstərən şirkət üçün, bu böyük nailiyyətdir. Aydındır ki, Çin markası bununla işini yekunlaşdırmayacaq və şirkət rəhbərliyinin niyyəti iddialıdır. Cəmi bir neçə həftə ərzində “Xiaomi”nin qiyməti 5 milyard dollar artıb. 


 


Qeyd edək ki, 1 milyard dolları şirkət All-Stars Investment, Rusiya şirkəti DST Global və Sinqapur fondu GIC KİMİ investorların iştirak etdiyi maliyyələşdirmənin son turu zamanı əldə etdi.


 


Son iki şirkət artıq “Xiaomi”nin səhmdarlarıdırlar. Şirkət rəhbərinin sözlərinə görə, Xiaomi 10 ildən sonra smartfonlar bazarında ən böyük istehsalçı olmağı planlaşdırır. Şirkətin nailiyyətlərini nəzərə alsaq, bu məqsəd çox real görünür.