“Nike”In “Just Do It” sloqanı, “De Beers” brilliantlarının “A Diamond is Forever” (Sonsuza qədər) və ya “McDonald’s”ın istifadə etdiyi “I’m lovin’ it” (Bax bunu sevirəm) sloqanı hər kəsin ağılına həkk olunmuş vəziyyətdədir.



İnternet saytı, Best Marketing Degrees “ABŞ”ın dünyaca məşhur, öndə gələn markalarının sloqanlarını siyahıya aldı və keçmişdən bu günə necə dəyişdiyini gözlər önünə sərdi.



Fedex: Demək olar ki, hər 4 ildə bir sloqan dəyişdirən Kargo şirkətinin ən son ifadəsi 2009-cu ildə gündəmə gələn "The world on time" oldu.





De Beers: Zərgərlik markası “De Beers”ın 90-cı illərdə tez-tez eşitdiyimiz "Brilliant ... sonsuza qədər” sloqanı, bazarda ən uzun ömürlü şüarlardan biridir. 67 ildir ki, istifadə olunan sloqan, James Bond silsiləsində də özünə həm ədəbiyyatda, həm də “Sean Connery”li bir filmlə kinoda “A Diamond is Forever”la yer tapdı.





Las Vegas: “Vegasda olan Vegasda qalır” şüarı reklam agentliyi “R & R Partners” tərəfindən 11 ildir ki, istifadə olunur.




Burger King vs McDonalds: “Burger King”in "Have it your way" sloqanı markanın 1974-cü ildəki sloqanıyla eynidir. 1960-cı ildən günümüzə qədər 7 dəfə sloqan dəyişdirən McDonald’s hər dəfə fərqli konseptə kökləndi.






Coca Cola vs Pepsi: 1900-cü ildən bəri şüarlarını təxminən 7 dəfə dəyişdirən iki içki markası arasındakı rəqabət şüarların dəyişdiyi tarixlərin yaxınlığıyla da özünü göstərir.






Nike: "Nike"ın 21 ildir istifadə etdiyi "Just do it" loqanı, işlədiyi cinayətdən sonra edam cəzasının reallaşması üçün "Let s do it" sözündən inkişaf etdirildi.