“Post Office” 5 il sonra ilk dəfə Milad bayramına özəl TV kampaniyası ilə qarşımıza çıxdı. Kampaniyanın 60 saniyəlik reklam çarxının baş rolunda Robert Webb var. Webb reklamda dəbdəbəli bir "Milad Başçısı"nı canlandırır.



Reklam çarxı poçt xidməti təqdim edən “Post Office”in artıq daha uzun saatlar açıq qaldığından və müştəriləri üçün təqdim etdiyi Milada özəl rahatlıqlardan bəhs edir.



“Post Office”in daha əvvəl “Dare” agentliyi ilə yaşadığı strateji yönümlü anlaşılmazlıqdan sonra şirkət bu kampaniya üçün “FCB” ilə razılaşdı. Kampaniya Ali Dickinson tərəfindən yazıldı. Reklam çarxının rejissoru isə David Kerrdir.