İlin sonuna yaxın, Çinin Huawei şirkəti daha bir flaqman model təqdim etdi. Cihaz “Honor 6 Plus” adlanır. Devays iki modullu 8 meqapikselli kamera ilə fərqlənir. Bundan əlavə, o, şık dizayna malikdir.
Həmçinin 1920 x 1080 piksel ilə 5.5 düymlük ekran, 1.8 GHz ilə HiSilicon Kirin 925 prosessoru, RAM 3 GB, 32 GB ROM (+ microSD slot), 5-meqapikselli ön kamera, batareya 3600 mAh və Android 4.4 KitKat ilə təciz edilib. Model qara və ağ olmaqla iki rəngdə mövcuddur.

