“Samsung” yeni “NX Mini” kamerasının təqdimatını dünyaca məşhur rəssamları bir araya gətirərək çap kampaniya ilə tanıtdı. Şirkət məşhur rəssamlara selfie deyil, self portret çəkmə imkanı təqdim etdi.


 


“Leo Burnett” imzası daşıyan kampaniyada “NX Mini”nin 3 düymlük ekran və diafraqma açıqlığı dəyişdirilə bilən linzaları ilə möhtəşəm fotoşəkillər çəkilə biləcəyi vurğulanır.


 


Bu fotoşəkillər içərisində Vincent van GoghFrida Kahlo və Albrecht Dürer kimi məşhur rəssamların öz fotoşəkillərini çəkdikləri zamankı halları da göstərilir. Afişalarda isə bu kamera ilə selfie deyil, daha bədii tərzdə "self portretlər" çəkiləbildiyinə diqqət çəkilir.