“Ülker Albeni” fotoşəkil paylaşma şəbəkəsi olan “Instagram”da interaktiv “XOX” oyununu təqdim etdi. ulkeralbeni Instagram səhifəsi üzərindən oynanılan oyunda, məhsulun izləyiciləri əvvəlcə “Albeni” məhsullarından istifadə edərək öz “X və O”larını hazırlayıb fotoşəkillərini çəkir.
Daha sonra isə bu fotoşəkillər ilə “Albeni”nin təşkil etdiyi oyuna daxil olmaq üçün istifadsə olunur. İzləyicilər fotoşəkillərini #albenixox həştəqi ilə paylaşaraq yarışmaya qatılır.
XOX oyunu, “Albeni”nin öz müştəriləri ilə qarşılıqlı ünsiyyət quran interaktiv bir marka olma strateqiyası istiqamətində reallaşdırıldı. Oyunu hazırlayan və tətbiq edən markanın sosial media agentliyi isə “Boosters İstanbul”dur.

