“İkea” İspaniyada uşaqların Miladda oyuncaqdan başqa şeylər də istədiklərini göstərən bir təcrübə reallaşdırdı. Kampaniya üçün kiçik uşaqlardan Miladda nə istədiklərini kağızlara yazmaqları tələb olundu.
İlk məktubun üç krala göndəriləcəyi deyildi və uşaqlar da təbii olaraq oyuncaq kimi konkret hədiyyələr istədi. Təbii ki, tək buynuzlu at kimi daha yaradıcı istəkləri olanlar da oldu.
İkinci mektubun isə uşaqların ana və atalarına göndəriləcəyi deyildi və onlardan Milad üçün nə dilədiklərini yazmaqları istənildi. Bu nöqtədə isə uşaqların yazdıqlarının çox yüksək dərəcədə mənəvi istəklər olduğu ortaya çıxdı. Uşaqlar onlardan oyuncaq deyil şəxsən onları yanlarında istədiklərini bildirdilər. Kampaniyanın yaradıcı agentliyi “McCann İspaniya”dır. Kampaniya üçün #LaOtraCarta (digər məktub) və "The Other Christmas" həştəqləri istifadə edilir.