“BMW i8” üçün hazırlanan yeni reklam çarxında maraq duyğusunun insanı gətirdiyi nöqtəyə diqqət çəkildi. Reklam çarxı BMW İngiltərənin “FCB Inferno” ilə ilk əməkdaşlığı olması baxımından da əhəmiyyət daşıyır.



"Curiosity" adlı reklamda e.ə. 4000-ci illlərdəki bir insanın maraq duyğusuyla atlara hökm etdiyi və bu marağın son nəticədə elektirkli idman avtomobili “BMW i8” olduğu göstərilir.



Oyunçu James D'Arcynin səsləndirdiyi reklam çarxı, vizuallıq və təsirli mesajı ilə önə çıxır. Demək olar ki, 35 il boyunca İngiltərə bazarı üçün “WCRS” ilə çalışan “BMW”, bu il açdığı bir müsabiqə ilə kreativ işlərini “FCB Inferno”ya təslim etdi. “FCB Inferno”nun “BMW” üçün olan ilk işi haqqında BMW İngiltərə Marketinq Direktoru Uwe Dreher, "Bu reklam çarxı “BMW i8”in oyun dəyişdirən bir avtomobil olduğunu, bundan əlavə BMW tərəfindən istehsal edilən idman avtomobilləri ən qabaqcıllarından və markanın avtomobil sənayesi üçün əhəmiyyətli bir meyar olduğunu göstərir" deyərək şərh bildirdi.