Londonda fəaliyyət göstərən “Goldgenie” şirkəti istehsal etdiyi velosipedin qiyməti ilə diqqətləri özünə çəkib. İstehsal etdiyi lüks məhsullarla tanınan şirkət, söz mövzusu velosipedin qiymətinin 250 min sterlinq olduğunu açıqlayıb.
24 əyar qızılla örtülən bu velosiped qiyməti ilə “Ferrari”ni belə geridə qoyur. Velosipedin istehsalçısı, bu tərz məhsullara tələbin böyük olduğunu və məhsulları üçün alıcı tapmaqda çətinlik çəkmədiklərini açıqlayıb.
“iPhone” və “Beats by Dre” qulaqlıqlarının qızıl örtmə bənzərlərini də çıxaran şirkət, söz mövzusu velosiped üçün yeni sifarişlər alındığı məlumatını da paylaşıb. Alıcıların adları isə müştəri gizliliyinin qorunması məqsədiylə açıqlanmayıb.