Cənub Afrikalı agentlik “Monotono” ən sevilən yazı tipiylə əlaqədar bir araşdırmanın nəticəsini hazırladığı afişalarla açıqladı. “Slanted Magazine” üçün hazırlanan araşdırmada insanlardan ən sevdiyi yazı tipləri üçün səs vermələri istəndi.
Araşdırmanın nəticəsində ən sevilən yazı tipi 20.8 % səslə “Helvetica” oldu. “Helvetica”dan sonra isə 13.9 % səslə Gotham və 11.4 % səslə Futura oldu.


