Samsung “Galaxy Tab S”in zəngin rəng və kəskin fotoşəkil keyfiyyətini önə çıxarmaq üçün hazırladığı videoda görmə qabiliyyəti ilə ad qazanmış quş növlərindən olan şahini oyuna gətirir.
"Iris" imzası daşıyan videoda, London səmalarında uçan bir şahinin ovuna qovuşma anı göstərilir. Ancaq burada tərs olan bir şey şahinin “Galaxy Tab S”dəki siçan fotoşəklini ov sanmasıdır.
Şahin üçün sonu hüzünlə bitən video üçün “Samsung”un Korporativ marketinq başçı köməkçisi Russell Taylor, "Galaxy Tab S-in ən əhəmiyyətli xüsusiyyəti zəngin və canlı rənglər ilə kəskin görüntünü təmin etməsidir və biz də bu gözəl ekranı vitrinə çıxarmağımıza kömək edəcək bir fikir tapmaq istədik" dedi. Bu video ilə İyun ayında satışa çıxan tabletin yeni il satışlarında artım təmin edilməsi gözlənilir.