“Türk Hava Yolları”nın sərnişin proqramı “Miles & Smiles”, 25-ci ilini xüsusi bir kampaniya ilə qeyd edir. “Miles & Smiles” 25-ci ilində yayımladığı xüsusi bir kampaniya ilə Türk Hava Yolları sərnişinlərinə ümumi 25 milyon mil hədiyyə edir.
Sadiqlik proqramı “Miles & Smiles” istifadəçiləri üçün reallaşdırılan kampaniyada bir adama 1 milyon mil, böyük mükafat olmaq üzrə cəmi 25 mil bal hədiyyə ediləcək.
“Miles & Smiles”ın üzv sayının artırılmasını hədəfləyən kampaniya əyləncə dolu tərziylə diqqət çəkir. Kampaniyanın “Innocean Worldwide Türkiyə” tərəfindən hazırlanan reklam çarxında, "Ən böyük səyyah, bəlkə də sənsən" şüarı istifadə edilir.
Piratlar, dənizçilər, qütb kəşfiyyatçılar, Hezarfen Əhməd Çələbi, Wright qardaşları kimi kəşf etməyə, gəzməyə və uçmağa çox bağlı olduğu bilinən bir çox obrazı vurğulayan reklam çarxı İspan rejissor Nicolas Caicoya tərəfindən İstanbulda çəkildi. İstehsalı Spark Film Collective tərəfindən həyata keçirilən filmin çəkilişləri, uzun bir hazırlıq müddətindən sonra 3 gündə reallaşdı.